02:12:2018   /   51 defe

Tiberi

Tiberi Klavdi Neron (lat. Tiberius Julius Caesar Augustus, lat. Tiberius Claudius Nero kimi doğulmuş...

Tiberi Klavdi Neron (lat. Tiberius Julius Caesar Augustus, lat. Tiberius Claudius Nero kimi doğulmuş, e.ə. 16 noyabr, 42 - ö. 16 mart 37) — Yuli-Klavdi sülaləsindən ikinci Roma imperatoru (14-37). Tiberi Klavdi Neronun və Livia Drusillanın oğlu olan Tiberi doğularkən Klavdi ailəsinə mənsub idi. Anası atasından boşanaraq e.ə.39-cu ildə Oktavian Avqust ilə evlənmişdir. Tiberi sonradan Avqustun qızı və özünün ögey bacısı Qoca Culiya ilə evlənmiş, ardından Avqust tərəfindən övladlığa götürülərək Yuli ailəsinə mənsub olmuşdur. Tiberinin ardınca gələn imperatorlar bu iki ailənin əlaqəsini 40 il boyunca davam etdirmişlər. Tarixçilər isə bu xanədanı Yulilər-Klavdilər adlandırmışlar.Tarixi mənbələrə görə Tiberi xoflu, inamsız və riyakar idi. Əvvəlcə hakimiyyəti senatla birgə, sonra isə pretorianlara arxalanaraq təkbaşına idarə etmişdir. Bibliyaya görə məhz onun hakimiyyəti dövründə İsa çarmıxa çəkilmişdir. 15-ci ildən Böyük pontifik, e.ə. 13 və 17-18, 21, 31-ci illərdə konsul, e.ə. 6-37-ci illərdə tribun titullarına malik olmuşdur. Ölümünə yaxın tam titulu: lat. Tiberius Caesar Divi Augusti filius Augustus, Pontifex Maximus, Tribuniciae potestatis XXXIIX, Imperator VIII, Consul V - Tiberi Sezar Avqust, ilahi Avqustun oğlu, Böyük pontifik, 38 dəfə Xalq tribunu, səkkizqat imperator, beşqat konsul[1].

Yukleyen :