05:12:2018   /   9 defe

Apple

Apple — 1976-cı il aprel ayının 1-də Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılan, ha...

Apple — 1976-cı il aprel ayının 1-də Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılan, hazırda dünyanın ən böyük proqram təminatçılarından biri olan kompüter firması. Şirkətin mərkəzi ofisi ABŞ-ın Kaliforniya ştatının Kupertino şəhərində yerləşir. 2005-ci ildən etibarən şirkətə Stiv Cobs rəhbərlik etmişdir. Apple Macintosh, iPhone, Mac Book, iPod və iPad şirkətin ən tanınan məhsullarıdır. Apple bir zamanlar fotokamera və printer kimi texniki qurğular da istehsal etmişdir. Hazırda isə onun istehsal etdiyi məhsullar arasında kompüterlər, monitorlar, mp3 pleyerlər və proqram məhsulları üstünlük təşkil edir. "Apple" şirkətinin Kupertinodakı mənzil qərargahı 2007-ci il yanvarın 9-da şirkətin adı Apple Kompüterdən Apple-yə çevrilmişdir. Stiv Jobs dəyişikliyi iPhonenin tanıdıldığı MacWorld Expo 2007 açılış danışmasında eşitdirmişdir. Kompüter sözünün çıxarılmasına səbəb olaraq "Apple kompüter" deyildiyində ağla gələn kompüterin onsuz da Mac olduğuna diqqət çəkilmiş, buna görə şirkətin adının bu ankı məhsulları daha yaxşı əks etdirmək məqsədiylə dəyişdirildiyi ifadə edilmişdir. ABŞ-da 2004-cü ilə olan göstəricilərə görə 204.542.560 kompüter satılmış, onlardan 110.400.000 milyon ədədi Apple olmuşdur. Apple dünyanın ən bahalı brend kimi tanınır. 2011-ci ilin oktyabrında onun aksiyalarının dəyəri dünya üçün rekord qiymətə 422 milyard ABŞ dollarına çatıb.[1] Apple 10 dekabr 2011-ci ildə Nyu-Yorkun Mərkəzi vağzalında özünün ən böyük firma mağazasını açıb. Sahəsi 2,1 min kvadrat metr olan mağaza şirkətin əvvəlki mağaza sahəsi rekordunu 0,6 min kv.m. təzələyib. İlk müştəri mağazanın açılışında birinci olmaq üçün bir sutka növbədə durub. Stiv Cobs Apple şirkətini qurduğu zamanlarda fruktorian idi (yalnız meyvə ilə qidalanırdı). Ən çox sevdiyi meyvə alma idi. Yaşadığı ərazinin yaxınlığında böyük bir Makintoş (alma sortu) bağı var idi və ilin müəyyən aylarında dostları ilə birgə o bağda yaşayırdılar. Şirkətin bu ada layiq görülməsinin ikinci səbəbi almanın cazibə simvolu olmasıdır. Üçüncü səbəb isə ondadır ki, Apple qurulduğu günə qədər Stiv attari şirkətində işləyirdi. Şirkətin adını Apple qoyaraq siyahılarda əlifba sırası ilə Attaridən öndə olmaq istəyirdi.Həmçinin, belə bir maraqlı səbəb də var ki, Cobs qurduğu şirkətə ad fikirləşərkən, demişdir ki, 6 saat ərzində mənim şirkətimə ad tapmasaz, mən onun adını Alma (Apple) qoyacağam. Şirkətin ilk loqosunda İsaak Nyuton və başına düşən alma əks etdirilib. Az müddətdən sonra loqonun həddindən artıq qəliz olmasına görə şirkət rebrendinq elədi. Hazırki loqoda almanın dişlənmiş olması isə almanın pomidorla səhv salınmaması üçündür. Apple şirkəti 1976-cı ilin 1 aprel tarixində Stiv Cobs, Stiv Voznyak və Ronald Veyn tərəfindən, Apple I kompüterini satmaq məqsədi ilə yaradılmışdır. Apple I-i birinci dəfə Stiv Voznyak özü icad edib və onu Hombrew kompüter klubunda ictimaiyyətə nümayiş edib. Bu kompüter ana lövhəsi kimi satılırdı və RAM, prosessordan və video çiplərdən ibarət idi. Apple birinci dəfə 1976-cı ilin iyununda satışa buraxılıb və onun o vaxtki qiyməti $666.66 idi.

Yukleyen :