Naxçıvanın tarixi xəritələri – VİDEO
Naxçıvanın ən qədim tarixdən indiki dövrə kimi mövcud xəritələri https://www.youtube.com/watch?v=tT-Nc8uK6a0
Naxçıvan Muxtar Respublikası haqqında maraqlı məlumatlar və xəbərlər
Naxçıvanın ən qədim tarixdən indiki dövrə kimi mövcud xəritələri https://www.youtube.com/watch?v=tT-Nc8uK6a0
Şimali Azərbaycan Rusiyaya ilhaq olunduqdan sonra Naxçıvan xanlığı ləğv edilmiş, 1828-ci ilin martında yaradılan “Erməni vilayəti”nin tərkibinə verilmişdi. 10 aprel 1840-cı il islahatı haqqında qanununa əsasən Naxçıvan əyaləti əsasında qəza yaradılmışdı (1841-ci il yanvarın 1-dən qüvvəyə minmişdi). 1849-cü ildə İrəvan quberniyası yaradıldıqda Naxçıvan qəzası onun tərkibinə daxil edilmişdi. Rusiya işğalı ərəfəsində Naxçıvan xanlığının ərazisi təxminən…
Naxçıvan Muxtar Respublikasının İranla sərhədində yerləşən Ordubad memarlıq, ekoloji və coğrafi baxımdan üç qoruq şəhəri kimi Ginnesin rekordlar kitabına düşməyə layiqdir. Keçmişdə Ordubadda 72 yeraltı çeşmə olub ki, bu yaxınlarda da onardan 30-u bərpa edilib. Şərqşünas Cabir Cəbiyevlə onlardan birinin dərinliyinə enirik. Dərinlikdən heyrətamiz duruluqda olan sərin su çıxır. O sudan içmək üçün daşın üstə…
Ordubad qozunun və ya Ordubadlıların dili ilə desək Ordubad cəvizinin faydalı xüsusiyyətləri Ordubad öz dadlı meyvələri ilə məşhurdur. Belə meyvələrdən biri də cəvizdir. Artıq Ordubadda cəviz çırpılmasına başlanılıb. Hazırda yaşayış məntəqələrimizdə bu qiymətli məhsulun toplanılması davam etdirilir. Hər il torpaq mülkiyyətçilərimiz bu məhsuldan xeyli qazanc əldə edirlər. Ordubadda cəvizdən müxtəlif çeşidli məhsullar da hazırlanır. Alana,…
Ordubad tarixi məlumat Azərbaycanın dilbər guşələrindən biri olan Ordubad Naxçıvan Muxtar Respublikasının tərkibinə daxildir. Cənubdan İran İslam Respublikası, şimaldan və qərbdən Ermənistanla həmsərhəd olmaqla, şərqdən Culfa rayonu ilə qonşu olan Ordubad rayonunun sahəsi 972 kvadrat kilometr, əhalisi 43200 nəfərdir.Rayonun inzibati mərkəzi – Ordubad şəhəri öz əhəmiyyətinə görə Naxçıvan Muxtar Respublikasının ikinci mühüm şəhəridir. Ordubad…
Azərbaycanın ilk kimyaçı akademiki Yusuf Heydər oğlu Məmmədəliyev Tarixdə еlə şəxsiyyətlər vardır ki, zaman keçdikcə onlarn həyatı və fəaliyyəti nəinki unudulmur, əksinə yeni və daha da parlaq xüsusiyyətləri ilə üzə çıxır. Qədim türk-oğuz yurdu Naxçıvan diyarının bəşər mədəniyyətinə və elminə tarix boyu layiqli töhvələri olmuşdur. XII əsrin qüdrətli memarı Əcəmi Əbubəkr və onun yaratdığı mömünə…
Azərbaycanın dilbər guşələrindən biri olan Ordubad cənubdan İran İslam Respublikası, şimaldan və qərbdən Ermənistanla həmsərhəd olmaqla, şərqdən Culfa rayonu ilə qonşu olan Ordubad rayonunun sahəsi 864 km2-dir. Ordubadm salındığı dəqiq tarix müəyyənləşdirilməmişdir. Lakin bu ərazi dünyada ən qədim insan məskənlərindən biri, bəşəriyyətin yaranma ocağı sayılır. Ordubad adına ilk dəfə V əsr yazılı mənbələrində təsadüf olunur….
Ulu yaradan heç bir gözəlliyini Ordubaddan əsirgəməyib. Kiçik Qafqaz sıra dağlarının ən uca zirvəsi sayılan Qapıcıq dağdan, başları qarlı Soyuq, Əjnövür, Bəlkə dağlarından, “Şıxı yurdu”, “Qurban yurdu” və “Salabun”dan keçərək “Zəvvar” arxı ilə gəlib kiçicik şəlalə kimi çaylarımıza tökülən qar sularından mayalanan buz kimi sərin çeşmələr, kəhrizlər, təmiz dağ havası, bol məhsullu meyvə bağları, göz…
Naxçıvan meyvələri ilə bağlı material hazırlamaq tapşırığını alanda, xeyli duruxdum. Naxçıvanın 8 rayonu bir tərəfə, təkcə Ordubad meyvələri haqqında Övliya Çələbinin yazıb ,bitirə bilmədiyi mövzuya girişmək məsuliyyətli və zaman tələb edən bir işdir. Naxçıvanın barlı-bəhərli bağlarında yetişən növbənöv meyvələr haqqında, sadəcə bir yazıda oxucuya dolğun məlumat çatdırmaq mümkün deyil. Amma bu silsilədən olan ilk yazını…