Azərbaycan Respublikasında bu gün, Martın 20-də koronavirusa (COVID-19) 1,187 yeni yoluxma faktı qeydə alınıb, 306 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 245,490 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232,534 nəfər müalicə olunaraq sağalıb, 3,339 nəfər vəfat edib, aktiv xəstə sayı 9617 nəfərdir.
Ölkədə son sutka ərzində 11,692 , hazırkı dövrədək isə 2,768,149 test aparılıb.