Normal çəkiyə düşənə qədər ayda 2 kq çəki artırmaq uğurlu nəticə hesab edilir çax vaxt bədən quruluşundan, sağlamlıqdan danışılarkən insanların əsasən artıq çəkidən əziyyət çəkməsindən söhbər açılır. Bunun üçün də daima yeni pəhriz üsulları gündəmə gəlir. Ancaq arıq olub, heç cür çəkisini artıra bilməyənlər də az deyildir. İnsanın kökəlməməsinin bir neçə səbəbi ola bilər. Əgər insanın sərf etdiyi enerji qazandığından çoxdursa, əgər siqaret çəkirsə (yeməklərin dadını və qoxusunu ala bilmir, nəticədə iştahsızlıq yaranır), əgər bağırsaqlarında qurd varsa, stress, depresiya, xəstəlikdən əziyyət çəkirsə kökəlmək çətinləşir. iştahsızlıq yarandığı təqdirdə insan ac olsa da beyninə toxluq siqnalları göndərilir. Kökəlmək üçün nizamsız qida qəbuluna başlamaq lazım deyil. Bu zaman yalnız qarında şişlik meydana gələcəkdir. Bunun üçün hər gün 3 əsas, 3 ara yemək yemək lazımdır. Yeməkdən öncə idman edin, gəzin, qaçın. Bu həm iştahı açır, həm də sağlam kökəlməyə kömək edir. Süd və süd məhsulları, ət və ət məhsullarına üstünlük verin. Südə bal, bəhməz, mürəbbə əlavə edərək için. Qəbul edilən karbohidratın miqdarını artırın. Təzə meyvə sularına üstünlük verin və içkiləri yemək zamanı deyil, qida qəbulundan ya 30 dəqiqə öncə, ya da sonra için. Yatmamışdan 1-2 saat əvvəl yüngül yemək, şirniyyat yeyə bilərsiniz. Yeməkdən 1saat sonra şirniyyat qəbul edin. Fındıq, fıstıq, badam, qoz və s. çox üstünlük verin. Hər gün yumurta qəbul edin. əridilmiş yağ əvəzinə duru yağlara üstünlük verin. çəkisi normadan az olanlar üçün bunu da qeyd edək ki, kökəlmək xatirinə çox yağlı yemək yeməyin. çünki yağ ilə artan çəki sağlamlıq üçün zərərlidir. Normal çəkiyə düşənə qədər ayda 2 kq çəki artırmaq uğurlu nəticə hesab edilir
Kokelmek ucun ne etmek lazimdir?
1 Cavablar