Araz Türk Cümhuriyyəti
Türk Araz Cümhuriyyəti və yaxud Araz Cümhuriyyəti – Azərbaycanın Naxçıvan bölgəsində və onun çevrəsindəki ərazilərdə yaradılmış dövlət qurumu idi. 1918-ci ilin noyabrından 1919-cu ilin martınadək fəaliyyət göstərmiş Araz Türk Cümhuriyyəti Naxçıvan qəzası, Şərur-Dərələyəz və Ordubad mahallarını, habelə Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və b. Azərbaycan torpaqlarını əhatə etmişdir. Mərkəzi Naxçıvan şəhəri idi. Araz Türk Cümhuriyyətində…