Naxçıvan general-qubernatorluğu
Naxçıvan general-qubernatorluğu, Azərbaycan Xalq Cümhuriyyətinin Əlahiddə Naxçıvan general-qubernatorluğu – Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvan bölgəsində yaratdığı idarəçilik orqanı; yerli azərbaycanlı əhalinin qəti tələbinə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 28 fevral 1919-cu il tarixli qərarı ilə yaradılmışdı (sənədlərdə həmçinin “Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu”, yaxud “Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar rayonlarının general-qubernatorluğu” da adlanır). Həmin qərarla Bəhram xan…