Ordubadın təbiəti haqqında
Ulu yaradan heç bir gözəlliyini Ordubaddan əsirgəməyib. Kiçik Qafqaz sıra dağlarının ən uca zirvəsi sayılan Qapıcıq dağdan, başları qarlı Soyuq, Əjnövür, Bəlkə dağlarından, “Şıxı yurdu”, “Qurban yurdu” və “Salabun”dan keçərək “Zəvvar” arxı ilə gəlib kiçicik şəlalə kimi çaylarımıza tökülən qar sularından mayalanan buz kimi sərin çeşmələr, kəhrizlər, təmiz dağ havası, bol məhsullu meyvə bağları, göz…