https://youtu.be/UCB_l7TZ0oE
İran-imperiyası ilə Rusiya imperiyası arasında imzalanan və İkinci Rusiya-İran müharibəsini bitirən Türkmənçay sülh müqaviləsi 10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanmışdır. Bu müqaviləyə əsasən Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa İran İrəvan, Naxçıvan və Lənkəran xanlığının da Rus imperiyasının ərazisi olduğunu qəbul edirdi. İki imperiya arasında sərhəd kimi Araz çayı tanındı. Rusiyaya keçən torpaqlar hazırki Ermənistan Respublikasının ərazisini, Naxçıvan Muxtar Respublikasının ərazisini, Azərbaycan Respublikasının cənub bölgəsinni bir hissəsini və indiki Türkiyə Cümhuriyyətinin ərazisi olan İğdır bölgəsini əhatə edirdi. Bu müqavilədən sonra da Rusiyaya verilən Azərbaycan torpaqlarının bir qismi müxtəlif tarixi dövrlərdə qonşu xalqların xeyrinə onlara güzəştə gedildi. Nəticədə, müasir Azərbaycanın siyasi xəritəsi formalaşdı.